










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” səhnə əsəri təqdim olunub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri tamaşanı izləyənlər arasında olublar.
Səudiyyə Ərəbistanının “Wadi AlFann” məkanının sifarişi ilə hazırlanan səhnə əsəri tanınmış rejissor və xoreoqraf Əkrəm Xanın imzasını daşıyır. Müasir rəqs və klassik hind rəqsinin elementlərini birləşdirən layihə vizual rejissor Mənal Əl-Dovayan ilə əməkdaşlıqda ərsəyə gəlib. Tamaşanın orijinal musiqisini Aditya Prakaş bəstələyib.
Əl-Ulanın qədim mifləri və təbiət mənzərələrindən ilhamlanan layihə zaman sərhədlərini aşaraq keçmişlə bu günü birləşdirən mənəvi yenilənmə aktını əks etdirir. Səhnə əsərinin dünya premyerası 2025-ci ilin yanvarında baş tutub.









