










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində qeydiyyata alınıb. Hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq dərəyə yuvarlanıb.
Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Ağazadə aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Qəza zamanı digər sərnişinlər – Şamaxı rayon sakini Əzəlxan Vəliyev, Goranboy rayon sakini Ruhin Əliyev və Mingəçevir şəhər sakini Surxan Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hüquqinfo.az-ın məlumatına görə, yaralılar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə çatdırılıblar. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.









