










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının növbəti turunda "Neftçi" səfərdə "Şamaxı" komandasının qonağı olub. Şamaxı şəhər stadionunda baş tutan gərgin və maraqlı mübarizə qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada "ağ-qaralar"ın heyətində Qustavo Klisman (14-cü dəqiqə), Breno Almeyda (49-cu dəqiqə) və Adeleke Akinyemi (75-ci dəqiqə) fərqləniblər. Meydan sahiblərinin tərkibində isə Abdullahi Şuaybu (24-cü dəqiqə) və Ayman Bouali (64-cü dəqiqə) rəqib qapısına yol tapıblar.
Bu qələbədən sonra xallarının sayını 21-ə çatdıran paytaxt təmsilçisi turnir cədvəlində liderliyi ələ keçirib. Hesabında 13 xalı olan "Şamaxı" kollektivi жа turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.









