










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyada onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar bu ölkənin Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb.
Dövlət başçısı sosial şəbəkə hesabındakı paylaşımında həlak olanların ailələrinə, eləcə də bütün İspaniya xalqına dərin hüznlə başsağlığı verib, bu ağır itkidən kədərləndiyini bildirib.
Hüquqinfo.az-ın məlumatına görə, Azərbaycan lideri həmçinin qəza nəticəsində xəsarət alan bütün şəxslərin tezliklə sağalmasını arzulayıb.









