










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı dövlət başçıları iki ölkə arasındakı ikitərəfli münasibətləri, eləcə də aktual regional və qlobal xarakterli məsələləri ətraflı müzakirə ediblər.
Türkiyə lideri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib. Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin gələcəkdə də daha yüksək səviyyəyə çatacağına inamını ifadə edib.
Prezident İlham Əliyev göstərilən diqqətə, təbriklərə və dəvətə görə həmkarına minnətdarlığını bildirib. Azərbaycan dövlət başçısı da öz növbəsində iki ölkə arasındakı strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini vurğulayıb.









