










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 17 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsindəki mənzildə baş verən alovun digər mənzillərə yayılmasının qarşısı alınıb və qısa müddətdə söndürülüb. Hadisə nəticəsində ümumi sahəsi 93 kvadratmetr olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 25 kvadratmetr sahədə yanıb.
Hüquqinfo.az-ın məlumatına görə, FHN qüvvələri tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.









