










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında hücuma məruz qalaraq vurulan ticarət gəmisinin heyətində yer alan Azərbaycan vətəndaşları sağ-salamat xilas olunublar. Hadisə dənizdəki təhlükəsizlik və xilasetmə tədbirləri çərçivəsində uğurla icra edilib.
Xilas edilən şəxslərin Kənan Cabbar oğlu Həsənov, Rüfən Xaliq oğlu Əhmədov və İmran Hüseyn oğlu Tağıyev olduğu dəqiqləşdirilib. Hüquqinfo.az-ın məlumatına görə, hadisə zamanı gəmidə olanlardan biri – Rüfən Əhmədov yüngül xəsarət alıb və dərhal xəstəxanaya çatdırılaraq müvafiq tibbi yardımla təmin olunub.
Digər iki Azərbaycan vətəndaşının isə ümumi vəziyyətinin yaxşı olduğu bildirilir və onlar təhlükəsizlik məqsədilə hotelə yerləşdiriliblər. Aidiyyəti qurumlar vətəndaşlarımızın ölkəyə qayıtması üçün lazımi prosedurları həyata keçirirlər.









