










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, ABŞ Energetika Nazirliyi ölkədə neft tədarükündə yaranan fasilələri aradan qaldırmaq məqsədilə strateji ehtiyatlardan 400 min barelədək neftin ayrılmasına icazə verib. Qərar Luiziana ştatında yerləşən “Phillips 66” şirkətinin neft emalı zavodunun tədarükündə yaranan problemlərlə əlaqədar qəbul olunub.
Hüquqinfo.az-ın məlumatına görə, neft ştatdakı “West Hackberry” strateji anbarından götürüləcək. Müqavilənin şərtlərinə əsasən, şirkət ehtiyatlardan aldığı nefti sonradan əlavə həcmdə geri qaytarmalı olacaq.
Qeyd edək ki, hazırda Luiziana və Texas ştatlarındakı dörd yeraltı anbarda təxminən 282,7 milyon barel neft saxlanılır. Anbarların ümumi təsdiqlənmiş tutumu 714 milyon barel təşkil edir və bu ehtiyat dövlətə məxsus ehtiyatlar arasında dünyada ən böyüyüdür.









