










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda Almaniyanın Borussiya Dortmund klubu ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Almaniya təmsilçisinin heyətində Seru Qirassi 10-cu və 53-cü dəqiqələrdə dubla imza atıb. Azərbaycan çempionunun yeganə qolunu isə 39-cu dəqiqədə Eyden Makkarti vurub.
Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində növbəti matçını noyabrın 4-də səfərdə Norveçin Vikinq klubuna qarşı keçirəcək.









