










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Zəngilan rayonunun qədim yaşayış məntəqələrindən olan Mincivan qəsəbəsinin erməni işğalçılarından təmizlənməsindən altı il ötür. Qəsəbə 2020-ci il oktyabrın 21-də Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində işğaldan azad edilib.
Həmin tarix Mincivanla yanaşı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarının bir sıra kəndlərinin də azad olunduğu əlamətdar gün kimi yadda qalıb. Araz çayı sahilində yerləşən bu qəsəbə 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilmişdi.
İşğal dövründə Mincivanın infrastrukturu, o cümlədən yaşayış binaları, məktəblər, kitabxanalar və dəmir yolu tamamilə dağıdılaraq məhv edilmişdi. 1795-1798-ci illərdə yaranmış bu qəsəbə tarixi simasını itirsə də, tarixi sahibinə qovuşub.









