










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Bakıda, Dənizkənarı Milli Parkın ərazisində ənənəvi Zeytun Festivalının açılış mərasimi baş tutub. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Dənizkənarı Bulvar İdarəsinin İdarə heyətinin sədri Xanlar Ağalarov iştirak edərək sərgilənən pavilyonlarla tanış olublar. Pavilyonlarda müxtəlif yerli istehsalçıların zeytun və zeytun məhsulları nümayiş olunur.
Festivalın keçirilməsində əsas məqsəd ölkəmizin qədim zeytunçuluq ənənələrini geniş şəkildə təbliğ etmək, yerli istehsalçıları dəstəkləmək və onların tanıdılmasına şərait yaratmaqdır. Eyni zamanda, bu sahədə milli brendin formalaşdırılmasına töhfə vermək hədəflənir. Tədbir Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, həmçinin "Absheron Olive Gardens" və "Olivea" zeytun məhsullarının sponsorluğu ilə reallaşır.
Oktyabrın 25-dək davam edəcək festival çərçivəsində gün ərzində müxtəlif əyləncə proqramları və mədəniyyət nümayəndələrinin konsertləri də təşkil olunur.









