










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 27-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisindəki Transformator Məntəqəsində təmir işləri həyata keçiriləcək.
Görüləcək profilaktik tədbirlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Məhəmməd Xiyabani, Şıxəli Qurbanov, Zərgərpalan küçələri, Azərbaycan prospekti və Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində işıq fasilələrlə məhdudlaşdırılacaq.
Hüquqinfo.az-ın məlumatına görə, təmir işləri başa çatdıqdan sonra göstərilən ünvanlarda abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı bərpa olunacaq.









