










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Rufullayev Valeh bir sıra media orqanlarının rəhbəri və baş redaktoru kimi fəaliyyət göstərir. Onun rəhbərlik etdiyi portallara huquqinfo.az, azadazerbaycan.az, bemm.com.az, həmçinin "PRESSPARK" və "REVANS" media resursları daxildir. O, eyni zamanda kibertəhlükəsizlik, rəqəmsal hüquqlar və ictimai maarifləndirməni əhatə edən "Milli Rəqəmsal Qalxan" layihəsinin müəllifi və təşəbbüskarıdır.
Hüquq və şirkət idarəçiliyi sahəsində də fəaliyyət göstərən Valeh Rufullayevin rəhbərlik etdiyi qurumlar sırasında "V HÜQUQ XİDMƏTİ 2026" MMC-nin direktoru və qanuni təmsilçisi, həmçinin "Texno Sfer Group" MMC-nin direktoru vəzifələri yer alır. Onun iş fəaliyyəti hüquqi xidmətlər və texnoloji istiqamətləri əhatə edir.
Bunlarla yanaşı, onun ictimai fəaliyyəti də genişdir. O, "Zirvə Ziyalılar Təşkilatı" Ziyalılar Şurasının sədri və H.Z. Tağıyev adına Xeyriyyə Cəmiyyətinin onlayn resursunun platforma rəhbəridir. Həmçinin Dünya Universal Hapkido Federasiyasının fəxri üzvüdür.









