










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov karyerasını məhz hazırkı çəki dərəcəsində davam etdirmək qərarına gəlib. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, məşhur idmançı 73 kiloqram çəki dərəcəsində mübarizəni sürdürəcək.
O, oktyabrın 29-dan 31-dək Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə təşkil olunacaq nüfuzlu "Böyük Dəbilqə" turnirində də məhz bu çəkidə qüvvəsini sınayacaq.
Xatırladaq ki, daha əvvəl milli komandaların performans direktoru və kişilerden ibarət yığmanın baş məşqçisi Riçard Trautman Bakıdakı dünya çempionatından sonra idmançının çəki ilə bağlı müəyyən çətinlikləri olduğunu və 73, yaxud 81 kiloqram arasında seçim etməli olduğunu bildirmişdi.









