










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, oktyabrın 30-da Heydər Əliyev Mərkəzində “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalının rəsmi açılış mərasimi baş tutub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.
Açılışda çıxış edən Leyla Əliyeva müxtəlif ölkələrdən gələn tanınmış rəssamların bu tədbirdə bir araya gəldiyini vurğulayıb. O qeyd edib ki, festival çərçivəsində təbiətin gözəlliyini və gücünü əks etdirən rəsm əsərləri, instalyasiyalar, heykəllər və performanslar nümayiş olunur. Həmçinin 2012-ci ildən etibarən nəsli kəsilmək təhlükəsi olan heyvan növlərinin qorunması məqsədilə yaradılan Qafqazın “Böyük beşliyi” təşəbbüsünün əhəmiyyəti diqqətə çatdırılıb.
Hüquqinfo.az-ın məlumatına görə, tədbir zamanı Azərbaycan Dövlət Uşaq Filarmoniyasının ifasında milli rəqs nümunəsi, həmçinin “Orionun sapı” adlı immersiv teatr tamaşası təqdim olunub. İkinci il ildir ki, təşkil olunan festivalın sərgi proqramı tamaşaçılara mədəni irs, biomüxtəliflik və gələcək mövzularında düşünmək imkanı yaradır.









