










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Rusiyanın Akademik "Malıy" Dram Teatrı Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşanı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş etdirib. Səhnə əsərinin təqdimatında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.
"Qızıl maska" laureatı Lev Dodinin quruluş verdiyi tamaşada Rusiyanın tanınmış səhnə ustaları, o cümlədən Xalq artisti Sergey Kurışev və Əməkdar artist Yelizaveta Boyarskaya çıxış ediblər. Əsər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Hüquqinfo.az-ın məlumatına görө, noyabrın 8-dək davam edəcək festival Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşdırılır. Dünyanın bir çox ölkəsindən tanınmış sənətçilərin qatıldığı tədbir çərçivəsində müxtəlif konsertlər, tamaşalar və ustad dərsləri təşkil olunur.









