










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təhsil müəssisəsinin həyətində işıqlandırılması zamanı yaranmış insident təhsili idarəetmə qurumları tərəfindən ciddi nəzarətə götürülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, hadisənin şahidləri olan pedaqoji kollektivin üzvləri, şagird və valideynlərin iştirakı ilə aidiyyəti üzrə müvafiq araşdırmanın aparılması və qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək.
Hüquqinfo.az-ın məlumatına görə, məsələ ilə bağlı polis orqanları tərəfindən də araşdırma aparılır və nəticələrə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görüləcək. Qurumlar belə həssas hadisələrlə bağlı məlumat yayarkən dəqiqlik və məsuliyyət prinsiplərinə əməl olunmasını, uşaqların qanunvericiliklə nəzərdə tutulmuş anonimliyinin, psixoloji təhlükəsizliyinin və mənafelərinin qorunmasının zəruriliyini xatırladıblar.









