










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, almaniya hökuməti ABŞ-ın “Nvidia” texnologiya şirkəti ilə sənaye sahəsində süni intellektin tətbiqinə dair genişmiqyaslı əməkdaşlıq sazişi bağlamağı planlaşdırır.
Bildirilib ki, layihə robototexnika və pilotsuz nəqliyyat vasitələrinin öyrədilməsi üçün fiziki süni intellektin inkişafını, həmçinin beynəlxalq bazarda rəqabət apara biləcək sənaye süni intellekt modellərinin hazırlanmasını nəzərdə tutur.
Almaniya hökumətinin layihəyə yüz milyonlarla avro ayırmağa hazır olduğu qeyd edilir. Vəsait hesablama güclərinin alınmasına və süni intellekt modellərinin öyrədilməsinə sərf olunacaq.
Təşəbbüsə “Siemens”, “Audi” və “Black Forest Labs” da daxil olmaqla təxminən 12 aparıcı Almaniya şirkətinin qoşulacağı gözlənilir.
Əməkdaşlığın gələn həftə Berlində keçiriləcək “Invest in Germany” investisiya sammitində rəsmən elan olunacağı bildirilir.
Oktyabrın 19-da Almaniya Kansleri Fridrix Mertsin “Nvidia” rəhbəri Censen Huanqla görüşü də planlaşdırılır.









