










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, xəstəxanalardan alınan qan və sidik analizlərinin cavablarını həkimə göstərmək əvəzinə smartfonlardakı süni intellekt botlarına oxutmaq vərdişi qlobal miqyasda genişlənir. Lakin tibb mütəxəssisləri bu addımın geri dönüşü olmayan səhiyyə fəlakətlərinə yol aça biləcəyi barədə xəbərdarlıq edirlər. Süni intellekt modelləri laboratoriya nəticələrini yalnız soyuq rəqəmlər və ümumi alqoritmlər əsasında təhlil edir. Halbuki, tibbdə dəqiq diaqnoz xəstənin yaşı, genetik keçmişi, qəbul etdiyi dərmanlar, qidalanma tərzi və fiziki müayinə nəticələri bir arada dəyərləndirilərək qoyulur.
Hüquqinfo.az-ın məlumatına görө, bəsit bir susuzluq və ya yüngül infeksiyadan qaynaqlanan müvəqqəti kənarlaşmanı süni intellektin ağır orqan çatışmazlığı və ya xərçəng şübhəsi kimi təqdim etməsi insanlarda dərin panikaya səbəb olur. Mütəxəssisləri ən çox narahat edən məqam isə vətəndaşların süni intellektin təhlillərinə aldanaraq həkim məsləhəti olmadan özbaşına dərman və ya yüksək dozada vitamin qəbuluna başlamasıdır. Bu cür yanaşma həm real xəstəliyin vaxtında diaqnostikasına mane olur, həm də qaraciyər və böyrək zədələnməsi kimi ağır fəsadlar yaradır.









