










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Fransa həbsxanalarında saxlanılan məhbusların sayı oktyabrın 1-nə olan məlumata əsasən rekord həddə çataraq 90,9 min nəfər təşkil edib. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə məhbusların sayı 7,2 faiz artıb. Eyni dövrdə həbsxanalardakı yerlərin ümumi sayı cəmi 1,5 faiz artaraq 63 452-yə çatıb.
Yaranan uyğunsuzluq nəticəsində cəzaçəkmə müəssisələrinin ümumi doluluq səviyyəsi 143,3 faizə yüksəlib. Qısamüddətli cəza çəkən və ya məhkəmə hökmünü gözləyən şəxslərin saxlanıldığı yerlərdə isə bu göstərici 178 faiz təşkil edir.
Fransa Ədliyyə Nazirliyi mövcud problemin aradan qaldırılması məqsədilə əlavə 3 min yerlik modul həbsxanaların inşasını planlaşdırır. Hüquqinfo.az-ın məlumatına görə, Avropa İnsan Hüquqları Məhkəməsi Fransadakı həbsxanalarda sərt doluluq vəziyyətini, pis saxlanma şəraitini və islahat tədbirlərinin yetərsizliyini dəfələrlə tənqid edib.









