Hüquqinfo.az
Hüquqinfo.az — hüquq və xəbər portalı
Son Xəbərlər

Gəncə şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib | Hüquqinfo.az

10 noy, 23:52
Xəbər şəkli

Hüquqinfo.az bildirir ki,

Hüquqinfo.az xəbər verir ki, Gəncə şəhərində beş avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hərəkətdə olan iki “Toyota AUQA”, eləcə də “Hyundai”, “VAZ” və “Opel” markalı minik avtomobilləri bir-biri ilə çırpılıb.

Qəza nəticəsində 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-cu il təvəllüdlü A. Hüseynova, 1996-cı il təvəllüdlü E. Hümbətov və azyaşlılar – 2018-ci il təvəllüdlü A. Əsədullayeva, 2020-ci il təvəllüdlü C. Əsədullayeva, həmçinin 2024-cü il təvəllüdlü A. Əsədullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hüquqinfo.az-ın məlumatına görə, hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadalarının köməyi ilə yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Tibb müəssisəsindən bildirilib ki, xəsarət alan şəxslərin ümumi vəziyyəti kafi qiymətləndirilir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.