Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda təşkil olunan kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının bağlanış və mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini, general-mayor Yusif Nəbiyev Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.
Çempionatın nəticələrinə əsasən, həm kişilərin, həm də qadınların mübarizəsində Rusiya Federasiyası komandası birinci yerə layiq görülüb. Belarus Respublikası ikinci, Qazaxıstan Respublikası isə üçüncü yeri tutub. Mərasimdə qalib komandaların üzvləri, məşqçilər və Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı mükafatlandırılıb.
Tədbirin sonunda çempionatın bayrağı Azərbaycan tərəfindən gələn il yarışlara ev sahibliyi edəcək Belarus Respublikasının nümayəndəsinə təqdim olunub. Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian yüksək təşkilatçılıq səviyyəsinə görə minnətdarlıq edərək çempionatı bağlanmış elan edib.
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
