Hüquqinfo.az
Hüquqinfo.az — hüquq və xəbər portalı
Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə külək xəbərdarlığı | Hüquqinfo.az

14 noy, 18:48
Xəbər şəkli

Hüquqinfo.az bildirir ki,

Hüquqinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçilarına xəbərdarlıq edib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 15-i gündüz saatlarından 16-sı axşamadək Bakıda, Abşeron yarımadasında və bəzi bölgələrdə güclü külək əsəcək.

İdarənin yaydığı məlumata görə, hava şəraitinin kəskin dəyişməsi nəqliyyatın hərəkətini çətinləşdirə və yol-nəqliyyat hadisəsi riskini artıra bilər. Güclü külək zamanı görmə məsafəsinin məhdudlaşması, yollara ağac budaqları və müxtəlif əşyaların düşməsi ehtimalı yüksəkdir. Buna görə də sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçmək, ara məsafəsini saxlamaq və qəfil manevrlərdən çəkinmək tələb olunur.

Hüquqinfo.az-ın məlumatına görə, xüsusilə körpülərdə, estakadalarda və açıq sahələrdən keçən yollarda hərəkət edərkən daha diqqətli olmaq lazımdır. Ağırtonnajlı və iriqabaritli nəqliyyat vasitələrinin sürücüləri də yarana biləcək əlavə təhlükələri nəzərə almalıdırlar.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.