
Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu müqəddəs rəmz Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsdiqlənib, 1991-ci il fevralın 5-də isə müstəqil respublikanın ali qanunverici orqanının qərarı ilə ümummilli dövlət bayrağı elan edilib.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncama əsasən hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd olunur və bu tarix qeyri-iş günü müəyyən edilib. Həmçinin 2010-cu ildə paytaxtda Dövlət Bayrağı Meydanı və Muzeyi istifadəyə verilib.
Qeyd edək ki, bayrağın dizaynındakı mavi, qırmızı və yaşıl rənglərdən ibarət üç təməl prinsip – türkçülük, islamçılıq və müasirlik ideologiyasının müəllifi mütəfəkkir Əli bəy Hüseynzadədir. Dövlət bayrağından istifadə qaydaları Konstitusiya, müvafiq qanun və əsasnamələrlə tənzimlənir.
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
