Hüquqinfo.az
Hüquqinfo.az — hüquq və xəbər portalı
Dünya

İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az

9 noy, 21:05
Xəbər şəkli

Hüquqinfo.az bildirir ki,

Hüquqinfo.az xəbər verir ki, Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda yerləşən metallurgiya zavodunda baş verən partlayışla əlaqədar ölənlərin sayı artıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində hadisə nəticəsində 16 nəfərin həyatını itirdiyini bildirib.

Dövlət başçısının sözlərinə görə, faciə zamanı 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan ikisinin vəziyyəti ağırdır. Hüquqinfo.az-ın məlumatına görə, ölkə rəhbəri bu ağır hadisənin səbəblərinin, başvermə şəraitinin, eləcə də təqsirli və məsuliyyətli şəxslərin tam şəkildə müəyyən ediləcəyini vurğulayıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.