Hüquqinfo.az
Hüquqinfo.az — hüquq və xəbər portalı
Dünya

Britaniyada Rusiya xeyrinə casusluqda şübhələnən ABŞ hərbçisi saxlanılıb | Hüquqinfo.az

11 noy, 00:10
Xəbər şəkli

Hüquqinfo.az bildirir ki,

Hüquqinfo.az xəbər verir ki, Böyük Britaniya hüquq-mühafizə orqanları ölkə ərazisində mühüm əməliyyat həyata keçiriblər. Polisin terrorla mübarizə bölməsinin apardığı istintaq nəticəsində 41 yaşlı ABŞ hərbi qulluqçusu Rusiyanın xeyrinə casusluq etmək və milli təhlükəsizlik qanunvericiliyini pozmaq şübhəsi ilə Qloster şəhərində tutulub. Hadisə noyabrın 10-da baş tutub.

Hüquqinfo.az-ın məlumatına görə, əməliyyat tədbirləri MI-5 əks-kəşfiyyatı, Britaniya Müdafiə Nazirliyinin strukturları, eləcə də ABŞ hakimiyyəti, Silahlı Qüvvələri və Federal Təhqiqatlar Bürosu ilə sıx əməkdaşlıq çərçivəsində aparılır. Saxlanılan şəxs qorunan məlumatların əldə edilməsi, yayılması və xarici kəşfiyyata yardım göstərilməsi kimi əməllərdə ittiham olunur. İstintaqla əlaqədar Qlosterşir qraflığında iki ünvanda axtarışlar davam etdirilir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.