Hüquqinfo.az
Hüquqinfo.az — hüquq və xəbər portalı
Dünya

Macarıstanda sabiq baş nazir Viktor Orbanın qardaşı həbs olundu | Hüquqinfo.az

11 noy, 22:02
Xəbər şəkli

Hüquqinfo.az bildirir ki,

Hüquqinfo.az xəbər verir ki, Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı Aron Orban bir ay müddətinə azadlıqdan məhrum edilib. O, nüfuz alveri və qanunsuz miqrasiyaya yardım etməkdə şübhəli bilinir.

Məhkəmə nümayəndəsi Gerqö Bozoun verdiyi məlumata görə, iş üzrə digər fiqurantlardan birinə qarşı da eyni qətimkan tədbiri seçilib, başqa bir şəxs ev dustaqlığına buraxılıb, dördüncü şübhəli isə sərbəst buraxılıb. İstintaq versiyasına əsasən, A.Orban və tərəfdaşları maddi müqabilində Vyetnam vətəndaşlarının Şengen vizası almasını təşkil edərək onların Avropaya köçməsinə şərait yaradıblar və 2024-cü ildə yüzdən çox şəxs bu xidmətdən yararlanıb.

Noyabrın 9-da saxlanılan Aron Orban ifadə versə də, irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyib və vəkili həbs üçün kifayət qədər sübutun olmadığını bəyan edib. Xatırladaq ki, sabiq baş nazir Viktor Orban baş verənləri siyasi təqib kimi qiymətləndirərək hakimiyyətin siyasi rəqiblərini neytrallaşdırmağa çalışdığını iddia edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.