Hüquqinfo.az
Hüquqinfo.az — hüquq və xəbər portalı
Son Xəbərlər

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var | Hüquqinfo.az

11 noy, 00:00
Xəbər şəkli

Hüquqinfo.az bildirir ki,

Hüquqinfo.az xəbər verir ki, Gəncə şəhərində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar arasında azyaşlı uşaqların da olduğu bildirilir.

Hadisə nəticəsində 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-cu il təvəllüdlü A. Hüseynova, 2018-ci il təvəllüdlü A. Əsədullayeva, 2020-ci il təvəllüdlü C. Əsədullayeva, 2024-cü il təvəllüdlü A. Əsədullayeva və 1996-ci il təvəllüdlü E. Hümbətov xəsarət alıblar.

Hüquqinfo.az-ın məlumatına görə, qəza yerinə cəlb olunan təcili tibbi yardım briqadalarının köməkliyi ilə yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Tibb müəssisəsindən verilən məlumata əsasən, zərərçəkənlərin vəziyyətləri kafi qiymətləndirilir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.