










Hüquqinfo.az bildirir ki,
Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsindəki bütün oyunlarda qələbə üçün mübarizə aparacaq.
Bunu "Hüquqinfo.az"a açıqlamasında komandanın baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra edən Elvin Quliyev deyib.
"Rəqiblərimiz hər nə qədər favorit görünsələr də, bütün oyunlara qələbə üçün çıxacağıq və maksimum çalışacağıq ki, qrup mərhələsini keçək. Qrupumuzda yer alan Çexiya və Latviya milliləri son Avropa çempionatının əsas mərhələsində iştirak ediblər. Hər ikisi futzal ölkəsidir və yaxşı kollektivlərdir. Şanslara gəlincə, biz bu şansları öz xeyrimizə dəyişmək istəyirik".
"Zədəli oyunçumuz yoxdur. Mikrozədələr olsa da, ciddi zədəsi olan futbolçumuz yoxdur".
"Sentyabrdan yığışmışıq. Birinci mərhələdə fiziki, ikinci mərhələdə texniki-taktiki, üçüncü mərhələdə isə rəqibə qarşı hazırlıq məşqləri keçmişik. Hazırda komandanın vəziyyəti yaxşıdır".
Qeyd edək ki, Çexiya – Azərbaycan matçı oktyabrın 16-da, Bakı vaxtı ilə saat 22:00-da Çexiyanın Fridek-Mistek şəhərindəki "Hala Polarka" idman arenasında keçiriləcək.









