
Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, türkiyədə faktiki olaraq hakimiyyətdə olan AKP-nin dinə münasibəti müsbətdir və dini ideologiyanın yayılmasında, din vasitəsilə hakimiyyətin ayaqda qalmasında maraqlıdır. Bu, nə türklüyün, nə də Osmanlı idarəçilik ənənələrinin ümumi dövlətçilik prinsipləri ilə uyğun gəlir. Yəni, bunlar bir-birini tamamilə inkar edən məsələlərdir.
Onun sözlərinə görə, hazırda Türkiyədə konkret olaraq dini əsaslı tədrisin həyata keçirilməsi, təriqət kurslarının yaradılması, müxtəlif kurslara – İsmailağa, Süleymançılar, Menzil və s. sərbəstlik verilməsi müşahidə olunur.
“Burada müxtəlif təriqətlərə cəlb olunanlara imkan verilir ki, öz dini biliklərini formalaşdırsınlar, müxtəlif dini təriqətlər çərçivəsində fəaliyyət göstərsinlər və öz çevrələrini yaratsınlar. Bu da, əlbəttə ki, Türkiyənin özü üçün ciddi təhdiddir.
Bu təhlükə müəyyən müddətdən sonra Türkiyədə çox böyük qarşıdurmaya gətirib çıxaracaq. Görünən odur ki, Türkiyə hakimiyyəti bu məsələnin mahiyyətini o qədər də dərk etmir və ya təhlükənin nə qədər dərin olduğunun fərqində deyil. Amma Türkiyədəki Milliyyətçi Hərəkət Partiyası (MHP) və Dövlət Baxçalı, eləcə də onun təfəkkürünü bölüşənlər bu gedişatın gələcəkdə böyük təhlükə yaradacağının fərqindədirlər”, - o bildirib.
Ekspert hesab edir ki, Türkiyənin gec olmadan bu yoldan dönməsi daha məqsədəuyğundur:
“Əks halda, Türkiyə özünü təhlükə qarşısında qoya bilər. Eyni zamanda, bu qədər şəxsin Türkiyəni, demək olar ki, dini radikalizm istiqamətinə yönləndirməsi nəticəsində ölkədə hətta İrandakından da, Əfqanıstandakından da daha sərt şəriət qaydalarına əsaslanan bir dövlət quruluşu formalaşa bilər. Bu isə Türkiyə və digər türk dövlətləri üçün heç də yaxşı vəziyyət demək deyil.
Ona görə də, hesab edirəm ki, Türkiyə dövləti bu məsələdə diqqətli olmalıdır. Dünyadan təcrid olunmaq, dünyəvi təhsildən uzaqlaşmaq, rəsmi və elmi proseslərdən kənarlaşaraq konkret olaraq dini, radikal və müvafiq təriqətlərə yönəlmək Türkiyə üçün heç də uğurlu gələcək vəd etmir”.
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
