İnam Yusifov: "Elektron xidmətlər regionlarda xidmətlərə əlçatanlığı artırır" | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Azərbaycanda elektron xidmətlərin genişləndirilməsi vətəndaşlar və sahibkarlar üçün vaxta qənaət etməklə yanaşı, regionlarda yaşayan istehlakçıların xidmətlərə əlçatanlığını artırır.
"Hüquqinfo.az"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin "ASAN xidmət"lə İş və Elektron İdarəetmə Departamentinin direktoru İnam Yusifov işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə ölkədə ötən 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, eyni zamanda müraciətlərin daha operativ və şəffaf şəkildə icrasına şərait yaradır: "Rəqəmsallaşma istiqamətində atılan addımların davamı olaraq, qeyri-əhali istehlakçılarının elektrik şəbəkəsinə qoşulması xidmətini yalnız onlayn qaydada həyata keçiririk. Bu yanaşma müraciət prosesinin sadələşdirilməsinə, xidmətlərin daha səmərəli təşkilinə və elektron xidmətlərdən istifadənin təşviqinə xidmət edir".
İ.Yusifov qeyd edib ki, "Azərişıq" üçün əsas prioritetlərdən biri yalnız qəbul edilən müraciətlərin sayı deyil, həm də onların keyfiyyətlə, operativ və şəffaf şəkildə icra olunmasıdır: "Bu məqsədlə xidmətlərin təkmilləşdirilməsi, müraciət prosedurlarının sadələşdirilməsi və rəqəmsal imkanların genişləndirilməsi istiqamətində işlərimizi davam etdiririk".
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
