
Hüquqinfo.az bildirir ki,
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi oktyabrın 14-də Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzasının görüntüsünü yayıb.
BDYPİ-dən Hüquqinfo.az-ya verilən məlumata görə, oktyabrın14-ü saat 01:35 radələrində, Bakı şəhər sakini Əsgər Zərbəliyevin idarə etdiyi “Volkswagen” markalı, 77 XS 274 dövlət qeydiyyat nişanlı avtomobil Sabunçu rayonu, Bilgəh qəsəbəsinin ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, yüksək sürət və sürücünün sükan arxasında sərxoş vəziyyətdə olması səbəbindən baş verən qəzada avtomobildə olan sərnişinlər – paytaxt sakini Kamran Əliyev və Qax rayon sakini Təbriz Əliyev hadisə yerində həyatlarını itirib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
"Baş Dövlət Yol Polisi İdarəsi son günlər sərxoş vəziyyətdə sükan arxasına keçən şəxslərin təqsiri səbəbindən ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını bildirir və bir daha sürücülərə müraciət edərək onları əksər hallarda ölümlə nəticələnən bu kimi kobud qayda pozuntularından cəkinməyə çağırır", məlumatda deyilir.
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
