"Azərişıq" 9 ayda istehlakçılardan 272 mindən çox müraciət qəbul edib | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarını əhatə edən hesabat dövründə ASAN xidmət, ASAN kommunal mərkəzləri, KOB evləri və elektron xidmətlər vasitəsilə istehlakçılardan ümumilikdə 272 892 müraciət qəbul edilib.
"Hüquqinfo.az"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin "ASAN xidmət"lə İş və Elektron İdarəetmə Departamentinin direktoru İnam Yusifov işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə ölkədə ötən 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda istehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir: "Bu xidmətlərdən elektron qaydada istifadə imkanının yaradılması müraciət prosesini sadələşdirir, vətəndaşların vaxtına qənaət edir və xidmətlərə çıxış imkanlarını genişləndirir. Əsas məqsədimiz xidmət göstərməklə yanaşı, bu prosesin maksimum dərəcədə rahat olmasını təmin etməkdir. Bu baxımdan elektron müraciət imkanlarının genişləndirilməsi və xidmətlərin rəqəmsallaşdırılması fəaliyyətimizin prioritet istiqamətlərindəndir".
İ. Yusifov deyib ki, ölkəmizdə dövlət və kommunal xidmətlərin vahid rəqəmsal platformalarda birləşdirilməsi istiqamətində mühüm addımlar atılır: "Bu prosesdə "myGov" portalı vətəndaşların müxtəlif xidmətlərdən vahid məkanda yararlanması baxımından əhəmiyyətli rol oynayır. "Azərişıq" ASC-nin xidmətlərinin bu platformaya inteqrasiyası istehlakçıların elektrik enerjisi ilə bağlı məlumatlara çıxışını və müvafiq xidmətlərdən istifadə imkanlarını asanlaşdırır".
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
