
Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə görüş olub.
Axar.az xəbər verir ki, nümayəndə heyəti Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdədir.
Nümayəndə heyətinə Beynəlxalq Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Leyla Markes Mota, Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel, Komitənin vitse-prezidenti Nataliya Novikova, habelə Türkiyə, Rusiya, Macarıstan, İspaniya və s. ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri daxildir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində aparılan ardıcıl işlər barədə məlumat verib.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə paralimpiya hərəkatının təməli qoyulub və 1996-cı ildə Milli Paralimpiya Komitəsi yaradılıb. Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin mərkəzində həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin sosial rifahının təminatı, reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması, paralimpiyanın inkişaf etdirilməsi mühüm yer tutur.
Görüşdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, inklüziv cəmiyyətin inkişafına xidmət edən layihə və təşəbbüsləri barədə məlumat verilib. Azərbaycan paralimpiyasının keçdiyi inkişaf yolu, əldə etdiyi tarixi nailiyyətlər diqqətə çatdırılıb.
Son illərdə ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlardan bəhs olunub, əlilliyi olan şəxslərlə bağlı icra olunan məşğulluq proqramları qeyd edilib. Bu sahədə fəaliyyətin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun qurulduğu bildirilib. Nazirliyin tabeliyindəki Sumqayıt Paralimpiya İdman Kompleksində idmançıların hazırlığı üçün aparılan işlərdən bəhs olunub.
Qonaqlar əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının, bərabər imkanların və inklüziv dəyərlərin təşviqinin mühüm vasitəsi olan paralimpiya hərəkatının ölkəmizdə daim inkişaf edərək genişlənməsi üçün aparılan işlər barədə müsbət fikirlərini bölüşüblər.
Görüş Beynəlxalq Paralimpiya Komitəsi və Avropa Paralimpiya Komitəsi ilə əməkdaşlığın daha da genişləndirilməsi, birgə təşəbbüslərin, layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi ilə davam edib.
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
