Hüquqinfo.az
Hüquqinfo.az — hüquq və xəbər portalı
Siyasət

Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib | Hüquqinfo.az

6 noy, 21:26
Xəbər şəkli

Hüquqinfo.az bildirir ki,

Hüquqinfo.az xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda uzunillik münaqişəyə son qoyulmasının və regionda sülhün, qarşılıqlı anlaşmanın, eləcə də sabitliyin möhkəmləndirilməsi üçün etibarlı zəminin yaradılmasının əhəmiyyəti vurğulanıb. Qırğız lideri Cənubi Qafqazda gedən proseslərin fonunda regionun gələcəkdə sülh və sabitlik məkanına çevriləcəyinə inamını ifadə edib.

Sadır Japarov dövlət başçısına möhkəm cansağlığı və ali fəaliyyətində uğurlar arzulayaraq, qardaş Azərbaycan xalqına davamlı sülh və tərəqqi diləyib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.