Prezident: Bu, “Nürnberq tribunalı”nın analoqu idi, yalnız bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdu | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
“Azərbaycan 3 il ərzində öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq yeni - Qərbdən olan havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün fürsət kimi istifadə edirdi”.
Hüquqinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, 2023-cü ilin sentyabrında məhz bu baş verib və həmin vaxt Azərbaycan əsgərinin dəmir yumruğu yenidən öz sözünü deyib: “Bir sutkadan az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu, separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildi. Bu, mahiyyət və formasına görə “Nürnberq tribunalı”nın analoqu idi. Yalnız bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdu. Bizi tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər, onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.
Yeri gəlmişkən, işğalın, eləcə də Azərbaycan xalqının tarixi qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər Parkını, Zəfər Muzeyini və Hərbi Qənimətlər parkını ziyarət edə bilərlər”.
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
