Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, nazirlər Kabineti 14 mart 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası"nda dəyişiklik edib.
"Hüquqinfo.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetindən əlavə müraciət daxil olmadığı təqdirdə, hesabat ayının son iş gününün sonuna "Azərişıq" ASC-nin xüsusi bank hesabının qalığı müvəkkil bank tərəfindən "Azərenerji" ASC-nin xüsusi bank hesabına köçürüləcək və bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat veriləcək. İndiyə qədər bu addım Nazirlər Kabineti yanında yaradılmış Komissiyadan müraciət daxil olmadığı təqdirdə atılırdı.
Yenilik Prezident İlham Əliyevin "Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları"nın, eləcə də "Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin)
nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar"ın təsdiq edilməsi haqqında" 29 dekabr 2025-ci il tarixli fərmanının icrası ilə əlaqədar tətbiq edilir.
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
