Kreml: ABŞ ilə dizel sövdələşməsi neft bazarlarındakı gərgin vəziyyəti tamamilə sabitləşdirə bilməyəcək | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı sövdələşmə neft bazarlarındakı gərgin vəziyyətə müsbət təsir göstərə bilər.
Hüquqinfo.az-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml rəsmisi bununla belə, dizel sövdələşməsinin neft bazarlarındakı gərgin vəziyyəti tamamilə sabitləşdirə bilməyəcəyini söyləyib: "Rusiyanın dizel yanacağı qlobal bazarlara daxil olmağa başlayıb və bu, neft bazarlarının sabitləşməsinə müəyyən müsbət təsir göstərəcək. Baxmayaraq ki, onları tam sabitləşdirə bilməyəcək."
O, qlobal bazarların hazırda "çox gərgin vəziyyətdə" olduğunu vurğulayıb, qeyd edib ki, bu, həmçinin də Rusiyanın əhəmiyyətli miqdarda neft və neft məhsulları ixrac edə bilməməsi ilə bağlıdır.
Peskov ABŞ-dən başqa Rusiya dizel yanacağı tədarükündə maraqlı olan ölkələrin adını çəkməkdən imtina edib: "Müəyyən səbəblərə görə, bunu açıq şəkildə müzakirə etməyə dəyməz".
Qeyd edək ki, ötən həftə Vladimir Putin və Donald Tramp Rusiya dizel yanacağının Amerika və qlobal bazarlara tədarükü barədə razılığa gəliblər. Bu gün Rusiya b aş nazirin müavini Aleksandr Novak Rusiya şirkətlərinin ixracata başlamağa hazır olduğunu, lakin lazımi prosedurların iki-üç həftə çəkəcəyini açıqlayıb.
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
