ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM-in 2-4%-i həcmində artıra bilər | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Niderlandın ING bankı yüksək neft qiymətlərinin Azərbaycanın iqtisadi dayanıqlığını gücləndirdiyini, manatın sabit məzənnəsinin isə idxal inflyasiyasını məhdudlaşdırdığını bildirib.
"Hüquqinfo.az-Economics" xəbər verir ki, bu barədə ING-nin MDB regionunun dörd ölkəsi – Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan üzrə hazırladığı yeni iqtisadi təhlildə qeyd olunub.
Bankın analitikləri Azərbaycanda inflyasiyanın Mərkəzi Bankın 4±2%-lik hədəf diapazonunda qaldığını nəzərə alaraq, uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını proqnozlaşdırırlar.
ING-nin hesablamalarına görə, dünya bazarında neftin qiymətinin hər barel üzrə əlavə 10 dollar artması Azərbaycanın illik ixrac gəlirlərini ÜDM-in 2–4%-i həcmində artıra bilər. Bununla belə, manatın sabit məzənnəsi neft qiymətlərindəki artımın valyuta bazarına təsirini məhdudlaşdırır.
Hesabatda bildirilir ki, qlobal ərzaq qiymətlərinin 10% yüksəlməsi Azərbaycanda və digər sözügedən üç ölkədə inflyasiyanı təxminən 1,5–2 faiz bəndi artıra bilər.
Eyni zamanda, Azərbaycanın idxalının təxminən 45%-i inkişaf etmiş ölkələrin və Yaxın Şərqin payına düşür. Bu isə ölkənin xarici qiymət artımlarına həssaslığını artırır.
ING hesab edir ki, qlobal inflyasiyanın davamlı yüksəlməsi və aparıcı iqtisadiyyatlarda faiz dərəcələrinin yüksək qalması region ölkələri üçün əlavə risklər yarada bilər.
Mənfi qlobal ssenari reallaşarsa, orta müddətli inflyasiya proqnozları üzrə 1–2 faiz bəndi artım riski yaranacaq. Belə vəziyyətdə Azərbaycan Mərkəzi Bankının faiz artımından yayınmaq siyasəti də təzyiqlə üzləşə bilər.
Bununla belə, bank Azərbaycanın böyük dövlət maliyyə aktivlərinin xarici iqtisadi şoklara qarşı mühüm qoruyucu amil olduğunu vurğulayır.
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
