“EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı... | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, 14–27 oktyabr 2026-cı il tarixlərində Birbank Invest tətbiqi üzərindən “EmbaFinans” BOKT QSC-nin istiqrazlarına abunə yazılışı keçirilir.
İstiqrazların illik faiz dərəcəsi 13%, nominal dəyəri 10 AZN, tədavül müddəti isə 12 aydır. Faiz ödənişləri rüblük həyata keçiriləcək. İstiqrazlar sənədsiz, adlı, faizli və təmin edilməmiş formada buraxılır.
Abunə yazılışı müddətində istifadəçilər Birbank Invest tətbiqi vasitəsilə “EmbaFinans” BOKT QSC-nin istiqrazlarını əldə etmək üçün müraciət edə bilərlər.
Qeyd edək ki, Birbank Invest Kapital Bank-ın əmtəə nişanıdır. Tətbiq həm investisiya sahəsində ilk addımlarını atan, həm də təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat, sürətli və təhlükəsiz çıxış imkanı yaradır. Xidmət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunur.
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
