Baş direktor: İşsizlikdən sığortanın tətbiqi kredit faizlərini azalda bilər | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Azərbaycanda kreditlər üzrə işsizlikdən sığorta mexanizminin tətbiqi müəyyən kredit seqmentlərində faiz dərəcələrinin azalmasına səbəb ola bilər.
“Hüquqinfo.az-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, yeni mexanizm dövlətin işsizlikdən sığorta sistemi ilə əlaqəli deyil və özəl sığorta şirkətləri vasitəsilə həyata keçiriləcək.
Ş. Mahmudzadə qeyd edib ki, kredit üzrə işsizlik riski sığorta şirkətinə ötürüldükdə bankın üzləşdiyi risk azalacaq. Bu isə banklar üçün kapital tələblərinin yüngülləşdirilməsinə və kreditləşmə imkanlarının genişlənməsinə şərait yarada bilər.
“Bəzi seqmentlərdə sığorta haqqı da daxil olmaqla kreditin ümumi dəyəri əvvəlkindən aşağı ola bilər”, – deyə o bildirib.
AMB rəsmisi vurğulayıb ki, sığorta haqları işsizlik riskinin səviyyəsindən asılı olaraq fərqlənəcək və bazar iştirakçıları tərəfindən müəyyənləşdiriləcək.
Onun sözlərinə görə, işsizlik riskinin yüksək olduğu sahələrdə sığorta haqları daha baha ola bilər.
Ş. Mahmudzadə əlavə edib ki, kreditlərin yekun dəyərinə bankların kapital mövqeyi, ehtiyat tələbləri və digər amillər də təsir göstərəcək. Bununla belə, yeni mexanizmin ümumilikdə kreditlərin orta dəyərinin azalmasına şərait yaradacağı gözlənilir.
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
