Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı yeni mexanizm hazırlanır | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Azərbaycanda qorunan əmanətlər üzrə maksimal faiz həddinin müəyyənləşdirilməsi mexanizminin dəyişdirilməsi nəzərdə tutulur.
“Hüquqinfo.az-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında bildirib.
Onun sözlərinə görə, bununla bağlı yeni metodologiya hazırlanır. Metodologiyaya əsasən, qorunan əmanətlər üzrə maksimal faiz həddi bazar göstəricilərindən asılı olaraq dinamik şəkildə müəyyənləşdiriləcək.
Ş. Mahmudzadə qeyd edib ki, əvvəlki yanaşmada manatla əmanətlər üzrə 12%-lik sabit faiz həddi tətbiq olunurdu. Yeni mexanizm isə bazarda depozit faizlərinin dəyişməsini nəzərə almağa imkan verəcək.
AMB rəsmisinin sözlərinə görə, bu dəyişiklik banklar arasında rəqabətin gücləndirilməsinə xidmət edəcək.
O bildirib ki, sabit faiz həddi şəraitində iri və kiçik bankların eyni faiz təklif etməsi əmanətçilərin daha çox iri banklara üstünlük verməsinə səbəb ola bilər. Dinamik mexanizm isə bankların risk səviyyəsinə və bazar şəraitinə uyğun faiz təklifləri formalaşdırmasına imkan yaradacaq.
Yeni yanaşmada bankların son altı ay ərzində cəlb etdikləri əmanətlər üzrə orta faiz göstəricilərinin nəzərə alınması planlaşdırılır.
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
