AMB: Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə gündəlik əməliyyat sayına tətbiq edilən limitlər bankların özləri tərəfindən müəyyənləşdirilir.
“Hüquqinfo.az-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın əsas tələbi bankların şübhəli və riskli əməliyyatları müəyyənləşdirməsi, terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz qumar və digər qanunsuz maliyyə əməliyyatlarının qarşısını almasıdır.
Ş. Mahmudzadə qeyd edib ki, banklar müştərilərinin gündəlik əməliyyatlarını və köçürmələrinin xarakterini nəzərə alaraq daxili limitlər müəyyənləşdirirlər.
O bildirib ki, bir müştərinin gün ərzində beş və ya daha çox pul köçürməsi qəbul etməsi avtomatik olaraq qanunsuz əməliyyat hesab edilmir.
AMB rəsmisinin sözlərinə görə, müəyyən edilmiş limitləri aşan müştərilər banklara müraciət edə bilərlər. Bank əlavə araşdırma apararaq əməliyyatların qanuni olduğuna əmin olduqda köçürmələrin həyata keçirilməsinə imkan yarada bilər.
Ş. Mahmudzadə vurğulayıb ki, bu məhdudiyyətlərin əsas məqsədi vətəndaşların pul köçürmələrini çətinləşdirmək deyil, maliyyə sistemində riskli və qanunsuz əməliyyatların qarşısını almaqdır.
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
