
Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bir sıra istiqamətdə qanunla nəzərdə tutulan istisnalar çərçivəsində müəyyən kateqoriyaların dövlət tərəfindən sığortalanması həyata keçirilir: "Lakin biz sığorta haqlarının artırılmasını nəzərdə tutmuruq və bununla bağlı qanunvericilikdə də tələb yoxdur. Məqsəd yalnız xidmət səviyyəsini artırmaq, sığorta ödənişləri və sığorta təminatı zamanı əmlakın dəyərinə daha yaxın məbləğdə ödəniş edilməsini təmin etməkdir. Təbii ki, bu layihənin müxtəlif komponentləri var və onun mərhələli şəkildə tətbiqi nəzərdə tutulur. Eyni zamanda, dəyişikliklərin eyni sığorta haqları çərçivəsində həyata keçirilməsi planlaşdırılır".
Bundan başqa, AMB rəsmisi deyib ki, daşınmaz əmlakın icbari sığortasında ödənişlərin adekvatlığı artırılacaq: "Yeni qanun layihəsinin əsas məqsədi sığorta ödənişlərinin daha keyfiyyətli həyata keçirilməsi və sığorta məbləğlərinin daha adekvat müəyyənləşdirilməsidir. Təbii ki, sığorta məbləğlərinin müəyyənləşdirilməsi, eləcə də sığorta aktlarının düzgün tərtib olunması önəmlidir. Sadəcə olaraq, layihə xidmət səviyyəsinin artırılmasını və sığorta ödənişləri zamanı əmlakın dəyərinə daha yaxın məbləğdə ödəniş edilməsini nəzərdə tutur".
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
