“AccessBank”ın depozit portfeli kiçilib, şirkətlər vəsaitlərini geri çəkib | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, 2026-cı ilin üçüncü rübünün sonuna “AccessBank” QSC-nin depozitləri 3,56% azalaraq 1 milyon 92 min 11 manata düşüb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, 2025-ci ilin sonuna bu göstərici 1 milyon 132 min 381 manat təşkil edib.
Hüquqi şəxslərin bankdakı depozitləri 194 milyon 296 min manata bərabər olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 18,8% azdır.
Fiziki şəxslərin depozitləri isə cüzi – 0,5% artaraq 897 milyon 715 min manata çatıb.
Cari ilin sentyabrın 30-na “AccessBank”ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 40%-dən çox artaraq 470 milyon 16 min manat təşkil edib.
İlin ilk 9 ayı üzrə bankın faiz xərcləri 17,5% artaraq 85 milyon 705 min manata bərabər olub. Bank cəlb etdiyi kreditlərə görə 21 milyon 225 min manat faiz ödəyib.
Maliyyə instutu hesabat dövründə 45 milyon 246 min manat xalis mənfəət əldə edib, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur.
Qeyd edək ki, cari ilin sentyabrında "Bank Respublika" "AccessBank"ın səhmlərinin 100 faizini alıb. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır.
Populyar Xəbərlər

Türkiyədə metallurgiya zavodunda baş verən partlayışda ölənlərin sayı 17-yə çatıb | Hüquqinfo.az
10 noy, 00:03
İzmirdə zavodda baş verən güclü partlayışda ölənlərin sayı 16-ya çatıb | Hüquqinfo.az
9 noy, 21:05
Prezident İlham Əliyev Bayraq Günü ilə əlaqədar paylaşım edib | Hüquqinfo.az
9 noy, 00:23
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur | Hüquqinfo.az
9 noy, 00:00Həftənin Xəbərləri

Xankəndidə Zəfər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub | Hüquqinfo.az
8 noy, 23:01
İsrail Prezidenti hökumətin formalaşdırılmasını Qadi Ayzenkota tapşıracaq | Hüquqinfo.az
8 noy, 00:50
Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb | Hüquqinfo.az
8 noy, 00:07
Tarixi Zəfərimizin Təntənəsi: 8 Noyabr Azərbaycanın İntibah və Qürur Günü | Hüquqinfo.az
7 noy, 23:57
Meksikada Azərbaycanın Zəfər Günü təntənə ilə qeyd olunub | Hüquqinfo.az
7 noy, 22:40
